Pul üstündə dava düşdü, bıçaqlanan qardaşlardan biri öldü

08.12.2021 | 14:23 Oxunma sayı: 148
Pul üstündə dava düşdü, bıçaqlanan qardaşlardan biri öldü

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə rayonun İbrahimhacı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1964-cü il təvəllüdlü Ənvər Əlirzayev ürək nahiyyəsindən və qardaşı 1960-cı il təvəllüdlü Fərman Əlirzayev kürək nahiyyəsindən bıçaqlanıblar. Hadisə nəticəsində Ənvər Əlirzayev aldığı bıçaq xəsarətləri nəticəsindən ölüb.

Məlumata görə, hadisəni 1981-ci il təvəllüdlü Əhmədov Maksim Mehdi oğlu törədib. Hadisənin pul üstündə baş verdiyi deyilir.

Lamiyə Məmmədova


Digər xəbərlər