Mayın 30-da Varşavada saxlanılan, kriminal mühitdə daha çox Hayko Astraxanskiy kimi tanınan 38 yaşlı “qanuni oğru” Hayk Sarkisyan Ermənistana deportasiya edilib və ona qarşı cinayət işi başladılıb.
“Kriminalqafqaz” Rusiya mətbuatına istinadən məlumat verir ki, hazırda oğru İrəvandakı istintaq təcridxanasında saxlanılır.
Xatırladaq ki, Hayko sonuncu dəfə 2019-cu ildə odlu silah gəzdirdiyi üçün erməni polisi tərəfindən saxlanılıb. O zaman cəzadan yayınan “qanuni oğru” xaricə gedib və Polşada məskunlaşıb.
Lamiyə Məmmədova