Polisin həlak olduğu qəzadan görüntülər - Fotolar

24.11.2021 | 09:47 Oxunma sayı: 502
Polisin həlak olduğu qəzadan görüntülər

Daxili İşlər Nazirliyi Gəncə şəhərində polis əməkdaşının xidmət zamanı həlak olması ilə bağlı açıqlama yayıb.

DİN Mətbuat xidmətindən “Kriminalqafqaz”a bildirilib ki, noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat  Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.

Məlumata görə, polis avyomobili İcbari Tibbi Sığorta xidməti göstərən ofisə çırpılıb.

Foto: Elmar Əli






Digər xəbərlər