Polis rəisinin həbsdə olan atasının məhkəməsi başlayır

20.09.2021 | 21:41 Oxunma sayı: 1473
Polis rəisinin həbsdə olan atasının məhkəməsi başlayır

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov barəsində qaldırılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Kriminalqafqaz" xəbər verir ki, ibtidai istintaq zamanı toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

"Azərxalça" ASC və Dövlət Vergi Xidməti cinayət işində zərərçəkmiş qismində tanınıb.

V. Muradovun oğlu, polis polkovniki Cavid Muradov avqust ayında Səbail RPİ-nin rəisi vəzifəsindən azad olunub. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə C. Muradov Sabunçu RPİ-nin rəisi təyin edilib. 

Qeyd edək ki, Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilir. O, vəzifədə olduğu müddətfdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinir.



Digər xəbərlər