Polis maşını “Gelandewagen”lə toqquşdu - Video

26.10.2021 | 10:52 Oxunma sayı: 447
Polis maşını “Gelandewagen”lə toqquşdu

Bakıda gecə saatlarında “Gelandewagen” markalı avtomobillə polis maşını toqquşub.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda yerləşən Ağ Şəhər ərazisində baş verib.

Bakı Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində Post Patrul Xidmətinin əməkdaşı xəsarət alıb: “Əməliyyat-istintaq qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Xəsarətin dərəcəsindən asılı olaraq hüquqi qiymət veriləcək".


Digər xəbərlər