Penitensiar xidmət və polis birgə əməliyyat keçirdi - 20 kq narkotik tapıldı

14.05.2022 | 13:58 Oxunma sayı: 98
Penitensiar xidmət və polis birgə əməliyyat keçirdi

Qaradağda yol kənarından 20 kq-a yaxın narkotik tapılıb.

"Kriminalqafqaz" xəbər verir ki, Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatı tərəfindən Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında köhnə dəmir su çəninin içərisində gizlədilmiş kisədə ümumi çəkisi 19 kiloqram 100 qram olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər