““Patı” Azərbaycanın gənc nəslini məhv edir” - Video

23.11.2022 | 17:23 Oxunma sayı: 177
““Patı” Azərbaycanın gənc nəslini məhv edir”

“İşlədiyim 20 il müddətində 75 ölüm hadisəsi baş verib. Ağır hadisələr idi. İndi “patı” deyilən bir şey var. Mən işlədiyim dövrdə buna rast gəlməmişdin. Bu demək olar ki, Azərbaycanın gənc nəslini məhv edir”.  

Bu sözləri keçmiş polis rəisi Cəlaləddin Qasımov tanınmış videobloger Nail Kəmərlinin youtub kanalına danışıb. O, işlədiyi 20 il müddətində gördüklərindən danışıb. 

Qeyd edək ki, Nail Kəmərli narkotiklərin qanunsuz dövriyyəsi, Bakıda ən çox narkomanların olduğu ərazilərdən silsilə çəkilişlər edir.

“Kriminalqafqaz” “Keçmiş polis rəisinin söhbətləri - CİNAYƏT aləmi - Gürcü oğruları”adlı videonu təqdim edir:

 


Digər xəbərlər