Özünü öldürən polis DYP zabiti imiş

13.05.2022 | 15:07 Oxunma sayı: 184
Özünü öldürən polis DYP zabiti imiş

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı İ.Qasımovun DYP zabiti olması üzə çıxıb.

"Kriminalqafqaz" “Qafqazinfo”ya istinadən xəbər verir ki, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İ.Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Digər xəbərlər