Ötən ay itkin düşən kişinin meyiti tapıldı

24.11.2022 | 09:45 Oxunma sayı: 234
Ötən ay itkin düşən kişinin meyiti tapıldı

Bu il oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Kriminalqafqaz"a bildirilib ki, faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.


Digər xəbərlər