Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən "hotel meneceri" saxlanılıb.
DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, özünü hotel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub.
O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.
Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində aparılır.
"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir", - məlumatda qeyd olunub.