Onlayn dələduzluqla məşğul olan şəxs saxlanıldı

13.10.2021 | 09:58 Oxunma sayı: 188
Onlayn dələduzluqla məşğul olan şəxs saxlanıldı

Gəncədə onlayn dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsidən “Kriminalqafqaz”a verilən məlumata görə, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, S. Əsmənzadə instagram sosial şəbəkəsində saxta səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim edib, ucuz mebel dəstləri satacağını vəd edərək, müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib.

Bundan başqa saxlanılan şəxs Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açaraq məsuliyyətdən yaxa qurtaracağını düşünərək mütəmadi olaraq mobil nömsəini və yaşadığı ünvanı dəyişib.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edən S. Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələlik 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər