​Ölmüş dölü həyətə atan qadın saxlanıldı

13.05.2022 | 12:19 Oxunma sayı: 240
​Ölmüş dölü həyətə atan qadın saxlanıldı

Bakının Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə atıb uzaqlaşan qadın saxlanılıb.

Bu barədə “Kriminalqafqaz”ın sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən cavab olaraq bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 24-25 həftəlik döl A.Hüseynova məxsus həyətdə ölmüş halda tapılıb.

Nizam Rza


Digər xəbərlər