Nazir bu bölməyə yeni rəis təyin etdi

06.12.2022 | 16:24 Oxunma sayı: 117
Nazir bu bölməyə yeni rəis təyin etdi

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə yeni rəis təyin olunub.

"Kriminalqafqaz"n məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun bununla bağlı əmr izmalayıb. Əmrə əsasən, polis mayoru Samir Çobanov bölməyə rəis gətirilib. O, bundan əvvəl həmin bölmədə rəis müavini idi.

Qeyd edək ki, sözügedən vəzifə sentyabrdan bəri boş idi. 32-ci PB-nin əvvəlki rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli sentyabrın 22-də Suraxanı Rayon Polis İdarəsinin rəis müavini təyin olunmuşdu.

Amin Nəzərli


Digər xəbərlər