Narkotikin təsiri altında maşın sürən müharibə iştirakçısı cərimələndi

04.08.2022 | 15:20 Oxunma sayı: 473
Narkotikin təsiri altında maşın sürən müharibə iştirakçısı cərimələndi

Avqustun 2-də Qaxda narkotik çəkib avtomobil idarə edən sürücü saxlanılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Orxan Abidovun idarə etdiyi “Toyota” markalı “99 FF 776” nömrəli avtomobil nəzarət qaydası zamanı saxlanılıb.

Baxış zamanı O. Abidovun narkotik vasitə təsiri altında olması müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi (Nəqliyyat vasitəsini narkotik vasitə təsiri altında idarə etmə) əsasında protokol tərtib edilib.

Protokola Qax rayon məhkəməsində baxılıb. Sürücü barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilib.

Qeyd edək ki, O.Abidov 2-ci Qarabağ müharibəsi iştirakçısı olub.


Digər xəbərlər