Naftalanda 34 yaşlı kişi itkin düşüb - Foto

24.11.2021 | 14:56 Oxunma sayı: 50
Naftalanda 34 yaşlı kişi itkin düşüb

Naftalanda  itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Kriminalqafqaz”a verilən məlumata görə, Naftalan şəhər sakini, 1987-ci  il təvəllüdlü Tural Musayev cari ilin noyabr ayının 21-də  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

T. Musayevin  əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 664-94-00  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

 


Digər xəbərlər