“Mover” məhkəməyə verildi

20.05.2022 | 10:05 Oxunma sayı: 809
“Mover” məhkəməyə verildi

Azərbaycanın ən böyük özəl karqo şirkəti sayılan “Mover” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

“Kriminalqafqaz”ın məlumatına görə, şirkət barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən cərimə protokolu tərtib olunub. “Mover” İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsini pozmaqda təqsirli bilinir. Belə ki, icbari sığortalar haqqında qanunun tələblərinə əməl etməyən şirkət barəsindəki protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddiaya hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Mover” MMC 2015-ci ildən fəaliyyət göstərir.

 

Amin Nəzərli


Digər xəbərlər