Motosiklet aşdı, 5 yaşlı qız öldü

25.11.2021 | 11:54 Oxunma sayı: 100
Motosiklet aşdı, 5 yaşlı qız öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Kriminalqafqaz” DİN-in saytına istinadən məlumat verir ki, hadisə noyabrın 24-də Salyan rayonunun Cəngən kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini T.Salmanov idarə etdiyi “Muravey” markalı motosikleti aşırıb və nəticədə sərnişini olan 5 yaşlı qızı hadisə yerində ölüb.

Hadisə ilə bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.

 


Digər xəbərlər