Mitsubishi dərəyə yuvarlandı - Ölən və yaralananlar var

05.08.2022 | 14:48 Oxunma sayı: 285
Mitsubishi dərəyə yuvarlandı

Salyan rayonunda avtombil aşıb, ölən və yaralananlar var.

Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçə hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi Pajero” markalı avtombil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(Report)


Digər xəbərlər