Metronun “Nizami” stansiyasının qarşısında faciəvi hadisə - Qadın öldü

24.06.2022 | 14:12 Oxunma sayı: 2112
Metronun “Nizami” stansiyasının qarşısında faciəvi hadisə

Bakıda yük avtomobilinin vurduğu qadın xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - metronun “Nizami” stansiyasının qarşısında “Ford” markalı yük maşınının vurduğu 1956-cı il təvəllüdlü Əliyevə Nərminə Vahab qızı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Sürücü, 1981-ci il təvəllüdlü Şahin Bəkdərmirov barəsində cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Nizam Rza


Digər xəbərlər