Masallıda 2 mərtəbəli ev yanıb

23.11.2022 | 18:20 Oxunma sayı: 50
Masallıda 2 mərtəbəli ev yanıb

Masallıda ev yanıb.

"Kriminalqafqaz"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, şəhər ərazisində yerləşən, ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 69 m² sahədə və dam örtüyü 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Digər xəbərlər