Bakıda hələlik şəxsiyyəti məlum olmayan kişi özünü yandıraraq intihar edib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Xətai rayonunda yerləşən marketlərdən birinin qarşısında baş verib. Təxminən 30-35 yaşlarında kişi üzərinə benzin tökərək özünü yandırıb.
Onun bədəni tamamilə yandığından şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.