Marketdə “patı” satan şəxs saxlanıldı - Foto

25.11.2021 | 10:27 Oxunma sayı: 599
Marketdə “patı” satan şəxs saxlanıldı

Ərzaq mağazasında “patı” satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Kriminalqafqaz”a verilən məlumata  görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb. Həmin şəxsin icarəyə əsasında  işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.


Digər xəbərlər