“Lotu Dadaş”ın avtoritet dostu azadlığa çıxdı

21.11.2021 | 12:23 Oxunma sayı: 1388
“Lotu Dadaş”ın avtoritet dostu azadlığa çıxdı

90-cı illərin məşhur kriminal avtoriteti Yuri Tişenkov azadlığa buraxılıb.

“Kriminalqafqaz” Rusiya mediasına istinadən məlumat verir ki, kriminal dairələrində Hans kimi tanınan avtoritet mütəşəkkil cinayətkar qrupa liderlik etməkdə ittiham olunurdu. Tişenkov özü azad olunduğuna dair video da yayıb.

Videoda Hans azadlığa buraxıldığını, Tümendə yaşadığını deyib.

Qeyd edək ki, Yuri Tişenkov bakılı qanuni oğru “Lotu Dadaş” ləqəbli Dadaş İbrahimovla çox yaxın dost olub.


Digər xəbərlər