Köşkə basqın edib, 600 manat pulu taladılar

23.11.2022 | 15:18 Oxunma sayı: 114
Köşkə basqın edib, 600 manat pulu taladılar

Bakıda köşkə basqın edilib, satıcı hədələnib.

Bu barədə "Kriminalqafqaz"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər