“Kia Motors” Hərbi Polisi məhkəməyə verdi

08.12.2021 | 21:15 Oxunma sayı: 177
“Kia Motors” Hərbi Polisi məhkəməyə verdi

"Kia Motors" Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinə qarşı məhkəmədə iddia qaldırıb.

“Kriminalqafqaz” xəbər verir ki, şirkət dövlət qurumunun müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirmədiyini iddia edir. Belə ki, Hərbi Polis İdarəsi “Kia Motors”la bağladığı alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməyib. Məlumata görə, avtomobil şirkəti İdarədən texniki xidmət və təmir müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.

İddiaya Bakı Kommersiya Məhkəməsində baxılır. Cavabdeh qismində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tanınıb.

Amin Nəzərli


Digər xəbərlər