Keçmiş məhkum yanacaqdoldurma məntəqəsindən maşın qaçırdı

14.05.2022 | 16:30 Oxunma sayı: 80
Keçmiş məhkum yanacaqdoldurma məntəqəsindən maşın qaçırdı

Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, Polis Şöbəsinə mayın 12-də rayon ərazisində “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Suraxanı RMİ-nin əməkdaşları tərəfindən həmin gün Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Mərdanlı avtomobillə birgə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Nizami RPİ tərəfindən araşdırma aparılır.


Digər xəbərlər