Karantini pozub toy keçirən restoran sahibi cərimələndi

12.10.2021 | 14:46 Oxunma sayı: 118
Karantini pozub toy keçirən restoran sahibi cərimələndi

Göygöldə karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Kriminalqafqaz”a verilən məlumata görə, rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Fərid” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər