İsmayıllıda evlərdən telefon oğurlayan keçmiş məhkum tutulub

06.12.2022 | 19:30 Oxunma sayı: 120
İsmayıllıda evlərdən telefon oğurlayan keçmiş məhkum tutulub

İsmayıllı şəhəri ərazisində yerləşən 2 fərdi yaşayış evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Kriminalqafqaz"a verilən məlumata görə, gecə saatlarında evlərə daxil olan naməlum şəxs ümumi dəyəri 3 000 manatdan artıq olan 3 ədəd mobil telefonu və elektron qol saatını oğurlayıb.

Başqasının əmlakını gizli olaraq talayan şəxsin rayonun Topçu kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Əfqan Babayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları Bakı şəhərində ayrı-ayrı şəxslərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin telefonlar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Əfqan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Digər xəbərlər