İsmayıllı sakini tanışının 8400 manatını oğurlayıb

03.10.2022 | 11:28 Oxunma sayı: 124
İsmayıllı sakini tanışının 8400 manatını oğurlayıb

Bakıda polisə yalan məlumat verən şəxs tutulub.

“Kriminalqafqaz” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini Ruslan Teymurova məxsus “Toyota” markalı avtomobildən tanışına məxsus 8400 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun həmin avtomobilin sahibi R.Teymurov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər