İmişlidə məktəbdə yanğın baş verib - Fotolar

05.12.2022 | 17:52 Oxunma sayı: 127
İmişlidə məktəbdə yanğın baş verib

İmişli rayonunda məktəbdə yanğın hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Kriminalqafqaz"a verilən məlumata görə, bu gün saat 16 radələrində İmişli rayonunun Qaralar kəndi kəndi ərazisində yerləşən tam orta məktəbdə yanğın baş verməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları həmin əraziyə cəlb olunublar.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirir.

Həmçinin yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.






Digər xəbərlər