İcra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutuldu

28.01.2022 | 11:55 Oxunma sayı: 89
İcra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutuldu

Səbail Rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutulub.

“Kriminalqafqaz” xəbər verir ki, yanvarın 27-si saat 16 radələrində naməlum şəxs FHN-nin 112 xidmətinə zəng edərək adıçəkilən İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Q olduğu məlum olub. Həmin şəxs saxlanılıb və onun ruhi xəstə olduğu müəyyən edilib. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

 


Digər xəbərlər