İcra başçısı maşınla adam vurub? - Açıqlama

25.10.2021 | 08:57 Oxunma sayı: 2046
İcra başçısı maşınla adam vurub?

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Neftçala RİH-dən “Kriminalqafqaz”a bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: “Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb:

“Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.


Digər xəbərlər