Həftəsonu yol qəzalarında 6 piyada öldü

25.10.2021 | 14:36 Oxunma sayı: 110
Həftəsonu yol qəzalarında 6 piyada öldü

Ötən həftənin şənbə və bazar günləri respublika ərazisində 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Kriminalqafqaz” Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, nəticədə 8 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən qəzaların 6-sı piyada vurma, 2-si aşma hadisəsidir.

Oktyabrın 23-də Şirvan şəhərində sürücü Anar Abdullayev “Ford” markalı avtomobillə 1949-cu il təvəllüdlü piyada Muradəli Həsənovu, Gəncə şəhərində sürücü Ramin Abbasov “Mercedes-Benz” markalı avtomobillə 1954-cü il təvəllüdlü piyada İbrahim Bayramovu, Qəbələ rayonunda sürücü Simran Əzimov “VAZ 2121” markalı avtomobillə 1982-ci il təvəllüdlü Vadim Salehovu vurub.

Oktyabrın 24-də Tovuz rayonunda sürücü Beyrək Məhərrəmov “VAZ 21015” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada Fazilə Cəfərovanı, Binəqədi rayonunda sürücü Lətif Abasov “Hyundai” markalı avtomobillə 1963-cü il təvəllüdlü piyada Səlim Cəfərovu, Tərtər rayonunda sürücü Emin Məmmədov “VAZ 2107” markalı avtomobillə piyada Yetər Paşayevanı vurub. Altı hadisə üzrə adları çəkilən piyadalar ölüb.

Oktyabrın 23-də Salyan rayonunda sürücü Qismət Səmədov idarəetməni itirərək “Opel” markalı avtomobili aşırıb və sərnişini 1988-ci il təvəllüdlü Elvin Abbasov ölüb. Eləcə də, oktyabrın 24-də Ağsu rayonunda sürücü Şahbaz Ağayevin idarə etdiyi “Shacman” markalı avtomobil yolun hərəkət zolağından çıxaraq aşıb və sonuncu dünyasını dəyişib.


Digər xəbərlər