Həbsdən azad olunan şəxslərə 1000 manat müavinət ödənilir

26.10.2021 | 14:25 Oxunma sayı: 475
Həbsdən azad olunan şəxslərə 1000 manat müavinət ödənilir

Cəzaçəkmə müəssisəsindən azad olunan şəxsə sosial adaptasiyaya ehtiyacı olub-olmadığı nəzərə alınaraq minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik müavinət təyin olunur.

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov "Sosial saat" verilişində qonaq olarkən deyib. Onun sözlərinə görə, müavinət həmin şəxsin müraciəti əsasında müvafiq qurumların əməkdaşlarının qiymətləndirmələri ilə müəyyənləşdirilir:

"Minimum əmək haqqı 250 manat olduğundan, şəxsə birdəfəlik 1000 manat məbləğində ödəniş edilir".

Qanunvericiliyə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.


Digər xəbərlər