Hazırlığa getmək üçün evdən çıxan 14 yaşlı qız itkin düşdü - Fotolar

24.11.2022 | 14:18 Oxunma sayı: 269
Hazırlığa getmək üçün evdən çıxan 14 yaşlı qız itkin düşdü
Bakıda 14 yaşlı qız itkin düşüb.
 
“Kriminalqafqaz”ın məlumatına görə, Xəzər rayon Qala qəsəbə sakini Türkan Hacəliyeva noyabrın 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Yeniyetmə həmin tarixdə məktəbdən evə qayıdıb. Daha sonra hazırlığa getmək üçün evdən çıxıb. Hazırlığa getdiyi məkan mütəmadi getdiyi ünvan olub. Lakin 2008-ci il təvəllüdlü qız həmin gün hazırlığa getməyib. Sonuncu dəfə onu görənlər Türkan qəsəbəsindən taksi ilə “Koroğlu” metrosu istiqamətində getdiyini deyiblər.
 
Valideynlər polisə müraciət edib, axtarışlar davam edir. Yeniyetməni görənlərdən polisə və ya 055 269 43 34 nömrəsi ilə əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.



Digər xəbərlər