Gözünü səhv müalicə edən həkimi polisə şikayət etdi

27.01.2022 | 15:01 Oxunma sayı: 95
Gözünü səhv müalicə edən həkimi polisə şikayət etdi

Bakıda 64 yaşlı kişi həkim səhvi ucbatından görmə qabiliyyətini itirmək təhlükısi ilə üzləşib.

“Kriminalqafqaz” xəbər verir ki, Sahil qəsəbə sakini 1958-ci il təvəllüdlü Namiq Hacıyev polisə müraciət edərək 23 saylı Birləşmiş Şəhər Xəstəxanasında ona qarşı səhv müalicə aparıldığını bildirib.

Vətəndaş bildirib ki, 2021-ci ilin avqustunda yaşadığı evdə sağ gözünə yad cismin düşməsi nəticəsində qəsəbədə yerləşən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət edib.  Orada Rühəngiz adlı həkimin səhv müalicəsindən sonra gözünün vəziyyəti pisləşib. 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər