Göygöldə silsilə oğurluq edən şəxslər saxlanıldı - Foto

14.01.2022 | 12:05 Oxunma sayı: 58
Göygöldə silsilə oğurluq edən şəxslər saxlanıldı

Göygöl rayonu ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Məmmədov və Arif Ələkbərov ilə birlikdə rayonun Quşqara kəndi ərazisindəki mağazaya qeyri-qanuni yola daxil olaraq oradan ümumilikdə 2430 manat dəyərində olan tütün, alkoqol və energetik içkilər eləcə də gündəlik tələbat mallarını oğurlayıblar.

Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, fakla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər