Göygöldə narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

13.10.2021 | 16:08 Oxunma sayı: 167
Göygöldə narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

Göygöldə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Kriminalqafqaz”a verilən məlumata görə, əvvəllər məhkum olunmuş rayon sakini Pərviz Həsənovun üzərinə baxış keçirilən zaman külli miqdarda, müxtəlif bükümlərdə narkotik maddə olan “metamfetamin”, “heroin” və narkotik vasitə olan qurudulmuş “marixuana”, həmçinin həmin narkotikləri qablaşdırmaq üçün xüsusi vasitələr aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər