Goranboy sakinləri silahlarını könüllü təhvil veriblər

15.01.2022 | 11:49 Oxunma sayı: 49
Goranboy sakinləri silahlarını könüllü təhvil veriblər

Goranboy sakinləri silahlarını könüllü olaraq polis şöbəsinə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Kriminalqafqaz”a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayonun Xoylu, Alpout, Safıkürd və Veyisli kəndlərinin sakinləri müxtəlif markalı və kalibirli, müvafiq sənədləri olmayan ov tüfəngləri könüllü olaraq polis şöbəsinə təhvil veriblər.


Digər xəbərlər