Gəncədəki partlayışda xəsarət alan qadın öldü

24.11.2021 | 15:59 Oxunma sayı: 68
Gəncədəki partlayışda xəsarət alan qadın öldü

Noyabrın 19-u Gəncə şəhərində baş verən partlayış  nəticəsində xəsarət alan 1977-ci il təvəllüdlü Sahibə Verdiyeva vəfat edib.

“Kriminalqafqaz” xəbər verir ki, o müalicə aldığı Bakı şəhər 5 saylı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə Gəncə şəhərinin Əlişir Nəvai küçəsində baş vermişdi. Partlayış nəticəsində evin müəyyən hissəsi uçub. Evdə Sahibə Verdiyeva və oğlu Əli Verdiyev olub.  


Digər xəbərlər