Gəncədə dustaq türmədə ülgüclə boğazını kəsdi

16.09.2021 | 12:45 Oxunma sayı: 763
Gəncədə dustaq türmədə ülgüclə boğazını kəsdi

Gəncə şəhərində yerləşən istintaq təcridxanasında dustaq intihara cəhd edib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 15-i saat 15 radələrində Ədliyyə Naziriyinin Penitensiar  Xidmətinin 2 saylı İstintaq təcridxanasında baş verib.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə təqsirləndirilən Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Şirinov Elvin Aydın oğlu təcridxananın sanitar qovşağında intihar məqsədilə ülgüclə boğazını kəsib.

E.Şirinov Gəncə Beynəlxalq xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər