“Gelandewagen”in vurduğu 65 yaşlı qoca yıxıldığını dedi

08.12.2021 | 10:59 Oxunma sayı: 234
“Gelandewagen”in vurduğu 65 yaşlı qoca yıxıldığını dedi

Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Abdulmanaf  Hüseynov “Gelandewagen” markalı avtomobil vurub. Məlumata görə, maşın paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Zərəçəkmiş ilk olaraq yıxıldığını desə də, daha sonra onu “Gelandewagen”in vurduğu məlum olub. 65 yaşlı Abdulmanaf Hüseynov artıq tibbi müdaxilədən sonra evinə buraxılıb.


Digər xəbərlər