Füzulidə yük avtomobili ilə minik avtomobili toqquşdu - 67 yaşlı qadın öldü

23.09.2022 | 10:08 Oxunma sayı: 158
Füzulidə yük avtomobili ilə minik avtomobili toqquşdu

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, Hacıqabul-Mincivan yolunun Füzulidən keçən 115-ci kilometrliyində 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi "Qazel" markalı yük avtomobili ötmə əməliyyatını yerinə yetirərkən 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobillə toqquşub.

Zərbənin nəticəsində "Daewoo" aşıb. Nəticədə minik avtomobilinin sərnişini, 1955-ci il təvəllüdlü Rahilə Hidayət qızı İmaməliyeva hadisə yerində ölüb, hər iki sürücü xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Digər xəbərlər