Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, mayın 12-də saat 19 radələrində Füzuli rayonunun Qayıdış 1 qəsəbəsi ərazisində C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.
Füzuli RPŞ-də araşdırma aparılır.