FHN ötən gün 4 nəfəri xilas edib - Video

15.01.2022 | 18:22 Oxunma sayı: 43
FHN ötən gün 4 nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 4 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

"Kriminalqafqaz" Nazirliyin saytına istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.

Həmçinin, Xətai rayonunda bağlı qapı arxasında 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər