Evində 1 kq narkotik gizlədən şəxs tutuldu - Foto

14.01.2022 | 11:25 Oxunma sayı: 93
Evində 1 kq narkotik gizlədən şəxs tutuldu

İsmayıllıda evində narkotik gizlədən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, İsmayıllı RPŞ-nin Narkotiklə mübarizə qrupunun əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində evində narkotik gizlətməkdə şübhəli bilinən Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbalarda və kibrit qutularında satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Fətullayevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.


Digər xəbərlər