Evdən oğurluq edən 4 nəfərdən ibarət dəstə tutuldu

21.05.2022 | 17:15 Oxunma sayı: 71
Evdən oğurluq edən 4 nəfərdən ibarət dəstə tutuldu

Bakıda evdən oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, bölməyə S.Məmmədova küçəsindəki evlərin birindən 400 manat, 400 ABŞ dolları, 1620 manat dəyərində 4 ədəd qol saatı, çanta və 2 ədəd kassa aparatının oğurlanması barədə müraciət daxil olub.

Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Zaur Ərzimanov, Nurlan Məmmədov, Lənkəran rayon sakini Məmmədhəsən Nəzərli və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ərəstun Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər