Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus qurum "Azərbaycan Dəmir Yolları" QSC-ni məhkəməyə verib.
“Kriminalqafqaz” xəbər verir ki, nazirliyin Meşələrin İnkişafı Xidməti ADY-dən Abşeron ərazisində tikilmiş tikilinin qanunsuz hesab edilərək sökülməsini tələb edir. İddiaçı kimi Bakı Kommersiya Məhkəməsinə müraciət edən ETSN-nin tələbi ilə “Dəmir Yolları” cavabdeh kimi tanınıb.
İşə hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılır.
Amin Nəzərli