DSX-nin Akademiyasının binası yanır

06.12.2022 | 17:28 Oxunma sayı: 193
DSX-nin Akademiyasının binası yanır

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında yanğın başlayıb.

"Kriminalqafqaz" xəbər verir ki, yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər