Daşkəsəndə 16 piyada cərimələndi

14.10.2021 | 12:26 Oxunma sayı: 41
Daşkəsəndə 16 piyada cərimələndi

Daşkəsəndə piyadalarla bağlı reyd keçirilib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Kriminalqafqaz”a verilən məlumata görə, Daşkəsən rayon DYP Bölməsi tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata  keçirilib. Piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 16 nəfər barəsində müvafiq tədbir görülüb.


Digər xəbərlər